5 illik yubileyimizə həsr olunan tədbir
19 aprel 2024-cü il tarixində şirkətimizin 5 illik yubileyi möhtəşəm tədbirlə qeyd olunub. Hilton otelində keçirilən bu əlamətdar gün şirkətimizin inkişaf yolunu və əldə olunan uğurları əks etdirən anlarla yadda qalıb.
Tədbirdə şirkətimizin əməkdaşları ilə yanaşı, Gulfstream, Hikvision, Dell, Trellix, Fortinet və digər nüfuzlu şirkətlərin nümayəndələri də iştirak edib.
Tədbir iştirakçıları üçün müxtəlif əyləncəli müsabiqələr, canlı musiqi proqramları və digər maraqlı fəaliyyətlər təşkil olunub. Həmçinin, şirkətimizin 5 illik inkişaf yolunda mühüm nailiyyətləri qeyd etmək məqsədilə müxtəlif təltiflər təqdim olunub.
Bu tədbir “B2B Group” MMC-nin genişlənən şəbəkəsi və güclü tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndiyi bir məqam olaraq yadda qalıb.
"Trellix" beynəlxalq şirkəti ilə keçirilmiş tədbir
2024-cü il 26-27 aprel tarixlərində Şabran Wellbeing Resort otelində, “B2B Group” MMC-nin rəsmi tərəfdaşı olduğu beynəlxalq "Trellix" şirkəti ilə birgə kibertəhlükəsizlik sahəsi üzrə əhəmiyyətli tədbir keçirilib. Tədbirin əsas məqsədi iştirakçılara kibertəhlükəsizlik həllərinin ən son yeniliklərini təqdim etmək və bu sahədəki yeni trendləri müzakirə etmək olub.
Tədbirin mövzuları arasında rəqəmsal davamlılığın gələcəyini formalaşdıran ən son yeniliklər və kibertəhlükəsizlik sahəsində yaranan müasir tendensiyalar yer alıb.
Tədbirdə çıxış edib:
- B2B Group MMC, Samir Poladov (CCO) və Vusal Piraliyev (CTO)
- Trellix EDR & XDR, Tuncay YILDIZ (Founder/Security Consultant)
- Trellix Email Security, Ernur Ayaz (Team Lead/Presales Technical Consultant)
- Trellix DLP & CASB, Ernur Ayaz (Team Lead/Presales Technical Consultant)
- Trellix SIEM & DB Security, Tuncay YILDIZ (Founder/Security Consultant)
Tədbir boyunca iştirakçılar üçün əyləncəli və maarifləndirici fəaliyyətlər təşkil olunmuşdur. Hədiyyəli sual-cavab yarışması və müxtəlif stolüstü oyunlar vasitəsilə iştirakçıların asudə vaxtını səmərəli keçirməsi təmin edilib.
Bu tədbir kibertəhlükəsizlik sahəsindəki ən son yenilikləri və həlləri öyrənmək və eyni zamanda iştirakçılar arasında təcrübə mübadiləsi aparmaq üçün fürsət yaradıb.